“Kadillak”ın Peres - Bottas tandemi zirvədə

İdman

13.09.2025 16:49

“Kadillak” komandasının pilotları Serxio Peres və Valtteri Bottas son 30 ildə “Formula-1”də debüt edən komandalar arasında ən güclü cütlük seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Race” nəşri məlumat yayıb. 

Reytinqdə ikinci pilləni 1999-cu ilin “BAR” heyəti - Jak Vilnev və Rikardo Zonta tutur. İlk üçlüyü isə 2010-cu ildə “Lotus”un heyətində çıxış edən Heykki Kovalaynen və Yarno Trulli cütlüyü təşkil edir. 

Siyahıda həmçinin “Stüart”, “Verdicin”, “Haas”, “Toyota”, “Super Aquri”, “Lola” və “HRT” kimi komandaların pilot cütlükləri də yer alıb.

Qeyd edək ki, daha əvvəl “Kadillak”ın rəhbəri Qrem Loudon açıqlamışdı ki, komandanın ehtiyat pilotu Kolton Herta “Formula-1”də iştirak üçün zəmanətli yer almayacaq. Onun gələcəyi yalnız trasdakı nəticələrdən asılı olacaq.

Namiq HUN

TodayPress TV

tag: Serxio Peres,Valtteri Bottas,Formula 1,Kadillak,Todaypress.tv,