UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi

UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi
31.07.2026 15:45 İdman

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan Avropa Liqası oyununa təyinat alıb.

TodayPress TV xəbər verir ki, o, turnirin üçüncü təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq.

Ə.Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək. 

“Linkoln” və “Omoniya” qarşılaşması avqustun 6-da keçiriləcək.

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər