Stef Karri: “Üç xal ikidən yaxşıdır, amma o an başqa idi”
İdman
12.09.2025 15:58
“Golden State Warriors”un ulduz basketbolçusu Stefen Karri ötən mövsümdə “Filadelfiya 76ers”lə oyunda (119:126) altı ildən sonra ilk dəfə etdiyi dank barədə danışıb.
TodayPress TV xəbər verir ki, 191 sm boyu ilə səbətə qalxmaq imkanının olduğunu deyən Karri həmin epizodun tamamilə təsadüfi yarandığını bildirib:
“Filadelfiyada keçirilən oyunda hər şey qəfil oldu. Səhər məşqində köməkçi məşqçimiz Cerri Stakhaus mən burada olduğum müddətdə sənin dank vurduğunu görməmişəm. Mən həmişə üç xallıq atışlara üstünlük verirəm. Amma həmin axşam fürsət yarandı və özümü sınadım. Uğurlu olduqdan sonra Stakhausa tərəf işarə etdim - o, ehtiyat oyunçular skamyasında sevinirdi.
Həmin an tamamilə emosional idi. Mən bütün gücümü sərf etdim və bunu hələ də hiss edirəm”, - deyə Karri açıqlayıb.
Namiq HUN
tag: Stefen Karri,Basketbol,Dank,Oyun,Todaypress.tv,