Sinner reytinq liderliyi baxımından Cokoviçi geridə qoydu

İdman

16.06.2025 17:56

İtaliyalı tennisçi Yannik Sinner dünya ATP reytinqində birinci yerə yüksəldiyi ilk andan etibarən artıq 54 həftədir zirvədə qərarlaşıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Opta portalı məlumat yayıb.

ATP reytinqinin 1973-cü ildən bəri aparıldığı dövrdə yalnız üç tennisçi ilk liderliyində Sinnerdən daha uzun müddət birinci olub:

Rocer Federer - 237 həftə

Cimmi Konnors - 160 həftə

Lleyton Hyuitt - 75 həftə

23 yaşlı Sinner bu göstəricidə serbiyalı Novak Cokoviçi geridə qoyub.

Cokoviç ilk dəfə liderliyə yüksəldikdən sonra 53 həftə ardıcıl zirvədə olub. Ümumilikdə isə o, 2011–2024-cü illər arasında fasilələrlə səkkiz ilə yaxın dünya reytinqinin lideri olub.

Yannik Sinner 10 iyun 2024-cü il tarixində ATP reytinqinin zirvəsinə qalxıb. O, ötən müddət ərzində Halle, Sinsinnati, US Open, Şanxay, ATP Final və Australian Open turnirlərinin qalibi olub. Bununla yanaşı, tennisçi anti-dopinq qaydalarını pozduğuna görə 3 ay cəzalı duruma düşüb.

Qeyd edək ki, Sinner 16–22 iyun tarixlərində Almaniyanın Halle şəhərində keçiriləcək ATP-500 turnirində titulunu qorumağa çalışacaq.

Namiq HUN

tag: Yannik Sinner,Reytinq,Cədvəl,Uğur,Todaypress.tv,