Güləşçilərimiz Yunanıstanda dünya çempionu oldular
İdman
25.09.2025 23:30
Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə U17 dünya çempionatında Azərbaycan idmançıları böyük uğur qazanıblar.
TodayPress TV xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Ülviyyə Musayeva finalda yaponiyalı Reisa Kojimaya 4:0 hesabıyla qalib gələrək dünya çempionu olub. O, yarımfinalda polşalı Aqata Kuçarskayanı 3:2, 1/4 finalda isə britaniyalı Naosi Makmanusanı 3:0 hesabıyla məğlub etmişdi.
Digər uğurumuzu 80 kq çəki dərəcəsində Nihad Süleymanlı qazanıb. O, finalda gürcüstanlı Nuradin Mustafayevi 3:0 hesabıyla üstələyərək dünya çempionu tituluna yiyələnib. Süleymanlı yarımfinalda iranlı Abulfazl Saadatini 4:0, 1/4 finalda isə həmyerlisi Elvin Hacıquliyevi 3:0 hesabıyla məğlub edib.
Beləliklə, Azərbaycan güləşçiləri Yunanıstanda keçirilən U17 dünya çempionatında iki qızıl medal qazanıblar.
tag: Güləş, Yunanıstan, U17, İdmançı, todaypress.tv,
 
        
 
                                ![[[MDB Oyunları:]] Azərbaycanlı üzgüçü gümüş medal qazandı](/uploads/news/68dcd5474adc6.webp) 
                                            ![O, Everestdən xizəkdə enən [[ilk insan oldu]]](/uploads/news/68da8f7a167b7.webp) 
                                            ![“Real”ın istədiyi [[futbolçu]]](/uploads/news/682859fe8ad92.webp) 
                                            !["Qarabağ"da [[ilk ayrılıq]] gerçəkləşdi](/uploads/news/684002c467b8b.webp) 
                                            ![[[Ülvi Qənizadə]] ikinci dəfə dünya çempionu oldu](/uploads/news/68cef2e31e3eb.webp) 
                                            ![Cokoviç [[“Rolan Qarros”un]] yarımfinalına yüksəldi](/uploads/news/68413a19e2b74.webp) 
                                            ![[["Turan Tovuz" "Sumqayıt"ı]] məğlub etdi](/uploads/news/68e16f36aa428.webp) 
                                            ![Gimnastlarımız [[dünya çempionatına]] yollandılar](/uploads/news/684feb0c4dc2f.webp) 
                                            ![[[Arman Duplantis]] 13-cü dünya rekordunu qırdı](/uploads/news/689c3a159f900.webp) 
                                            ![Konate [[“Real”ın radarına]] düşdü](/uploads/news/68d38ebcd4f82.webp) 
                                            