Sensasion məğlubiyyətin ardından Serbiya yığması baş məşqçisiz qaldı

İdman

13.09.2025 11:40

Yuqoslaviya və Serbiya basketbolunun tanınmış siması, 76 yaşlı Svetislav Peşiç Serbiya millisinin baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Politika nəşri məlumat yayıb. 

“Serbiya yığmasının baş məşqçisi olmaq, ən yaxşı serb basketbolçularına rəhbərlik etmək mənim üçün şərəf idi. Milli komandanı idarə etmək böyük  çağırışdır. Mən həmişə çalışmışam ki, peşəkarlıq və biliklər uğura gedən yolda əsas rol oynasın. Gələcəkdə də bu bilik və təcrübəmi ölkə basketboluna xidmət üçün təqdim edəcəyəm. Amma artıq yeni dövr başlayır və komandaya yeni məşqçi lazımdır”, - deyə Peşiç bildirib.

O, həmçinin vurğulayıb ki, yeni baş məşqçinin seçilməsində üzərinə düşən rolu tam məsuliyyətlə yerinə yetirəcək və varisinə dəstək olmaq üçün bütün bilik və təcrübəsini paylaşacaq.

Xatırladaq ki, “EuroBasket-2025”də favoritlərdən sayılan Serbiya millisi sensasion şəkildə 1/8 finalda Finlandiyaya 86:92 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırmışdı.

Namiq HUN

TodayPress TV 

tag: Futbol,Məşqçi,Məğlubiyyət,Svetislav,Todaypress.tv,