Vinisius ayrılığa işarə etdi

İdman

27.10.2025 15:36

“Real Madrid” klubunun hücumçusu Vinisius Junior La Liqanın X turunda “Barselona”ya qarşı oyunda əvəzləndikdən sonra komandadan ayrılmaq istədiyini deyib. 

TodayPress TV xəbər verir ki, bu barədə Marca nəşri DAZN mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, matçın 72-ci dəqiqəsində əvəzlənəcəyini öyrənən Vinisius əsəbiləşib və paltardəyişmə otağına gedərkən dəfələrlə “Mən komandadan gedəcəyəm… Mən gedirəm, belə daha yaxşıdır” sözlərini təkrarlayıb.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ilin yayından “Real”da çıxış edir. Braziliyalı forvard “kral klubu” ilə 3 dəfə İspaniya çempionu, 2 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Onun “kral klubu” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Namiq HUN

TodayPress TV

tag: Vinisius Junior,Real Madrid,Ayrılıq,Qərar,Todaypress.tv,