“Sabah”ın futbolçusunun qabırğası əzildi
“Sabah” klubunun hücumçusu Coy-Lens Mikelsin qabırğası əzilib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqanın VII turunda “Karvan-Yevlax” klubu ilə oyunda zədə alan Mikels tam tibbi müayinədən keçib. Futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə aşkarlanmayıb.
Həkimlərin rəyinə əsasən, forvarda qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək.
Qeyd edək ki, Coy-Lens Mikels oyun zamanı rəqib qapıçı Kamran İbrahimovla toqquşduqdan sonra xəstəxanaya aparılıb. “Karvan-Yevlax” – “Sabah” qarşılaşması paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN