"Sabah" Vasili Berezutski ilə yollarını ayırdı
"Sabah" futbol klubu baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Belə ki, müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Sabah” klubu tərəfindən mütəxəssisin ailəsinə ən xoş arzular çatdırılıb, həyat yoldaşına tezliklə sağalmağı və möhkəm can sağlığı arzulanıb.