Rus basketbolçu dələduzluğa görə ABŞ-yə ekstradisiya olunacaq

Rus basketbolçu dələduzluğa görə ABŞ-yə ekstradisiya olunacaq
29.10.2025 21:50 İdman

Fransa Məhkəməsi Qazaxıstanın “Astana” komandasında oynamış rusiyalı basketbolçu Daniil Kasatkinin ABŞ-yə ekstradisiya edilməsinə qərar verib.

TodayPress TV xəbər verir ki, idmançı bu ilin iyununda ABŞ-nin sorğusu əsasında Fransada saxlanılıb.

Kasatkinin haker şəbəkəsində iştirak edərək pul tələb etmə fəaliyyətinə cəlb olunduğu iddia olunur. ABŞ qanunvericiliyinə əsasən, ona kompüter fırıldağı və elektron dələduzluq maddələri üzrə 25 ilədək həbs cəzası verilə bilər.

Basketbolçu isə özünü təqsirli hesab etmir və ittihamları rədd edir.

Onun Fransada saxlanılmasından sonra “Astana” oyuçu ilə müqaviləni birtərəfli qaydada ləğv edib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər