Qattuzo İtaliya millisinin baş məşqçi postuna əsas namizəddir
İdman
13.06.2025 10:01
Cennaro Qattuzo futbol üzrə İtaliya millisinin baş məşqçi vəzifəsinə əsas namizəd hesab olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Sky Sport İtalia məlumat yayıb.
Bildirilir ki, mütəxəssis yaxın günlərdə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravino ilə birbaşa danışıqlar aparacaq.
Qattuzo artıq milli komandanın nümayəndə heyətinin rəhbəri Canluici Buffonla görüşüb. Müzakirələrin pozitiv atmosferdə keçdiyi və Qattuzonun təklifi qəbul etməyə hazır olduğu qeyd olunur.
Qeyd edək ki, Cennaro Qattuzo iyunun 5-də Xorvatiyanın “Hayduk” klubundan ayrılıb. O, məşqçilik karyerası ərzində “Marsel”, “Valensiya”, “Napoli”, “Milan” kimi klublarda da çalışıb.
Xatırladaq ki, İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsində keçirdiyi iki oyundan sonra 3 xal toplayaraq qrupda üçüncü yerdə qərarlaşıb. Kollektivi daha əvvəl Klaudio Ranyeri çalışdırmalı idi, lakin o, bu təklifi qəbul etməyib.
Namiq HUN
tag: Qattuzo,İtaliya,Klub,Baş Məşqçi,Todaypress.tv,