"Qarabağ"ın hazırlıq planı açıqlandı
İdman
05.06.2025 13:35
"Qarabağ" klubu yeni mövsümə hazırlıq dönəmində yenə ənənəsinə sadiq qalacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Ağdam təmsilçisi Avstriyada təlim-məşq toplanışında olacaq. Buna qədər Azərbaycan çempionu iyulun 2-dək olan ilkin hazırlıq mərhələsində Bakıda toplanış keçəcək. İyulun 16-dək isə komanda yeni mövsümə Avstriyada hazırlaşacaq. Hazırlıq mərhələsində yoxlama oyunlarının da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Qarabağ” yeni mövsüm UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindən yarışlara qatılacaq. “Köhlən aytlar”ın bu mərhələdəki rəqibi iyunun 18-də müəyyənləşəcək.
Bu raundun ilk matçları 22-23 iyul, cavab qarşılaşmaları isə 29-30 iyul tarixlərində baş tutacaq.
(Report)
Namiq HUN
tag: Qarabağ,Hazırlıq,Plan,Ənənə,Todaypress.tv,