Ronalduya “Bütün Zamanların Ən Yaxşı Futbolçusu” mükafatı verildi
İdman
11.09.2025 09:49
Portuqaliya yığmasının kapitanı və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştianu Ronaldu “Bütün Zamanların Ən Yaxşı Futbolçusu” mükafatına layiq görülüb.
TodayPress TV xəbər verir ki, mükafat Portuqaliya çempionatının təqdimetmə mərasimində elan olunub.
Liqanın rəsmi açıqlamasında 40 yaşlı Ronaldunun “bütün bir epoxanı müəyyənləşdirdiyi və dünya futbolunda silinməz iz qoyduğu” vurğulanıb.
Futbolçu mərasimdə şəxsən iştirak etməsə də, təşkilatçılar onun mükafatla çəkilmiş videosunu nümayiş etdiriblər. Çıxışında Ronaldo futbol karyerası və azarkeşlərinin dəstəyinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Kriştianu Ronaldu 5 dəfə “France Football”un təqdim etdiyi “Qızıl top” mükafatını qazanıb.O, futbol tarixində ən çox qol vuran oyunçudur - 943 qol.
Namiq HUN
tag: Ronaldo,Mükafat,Təqdimat,Təqdim,Todaypress.tv,