MMA döyüşçüsü “Qarabağ”ın qonağı oldu
İdman
16.06.2025 15:08
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirində iştirak edəcək MMA döyüşçüsü Rafael Fiziyev “Qarabağ” futbol klubunun düşərgəsinə baş çəkib.
TodayPress TV xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.
“Rafael Fiziyev UFC-nin təşəbbüsü ilə düşərgəni ziyarət etdi, baş məşqçi Qurban Qurbanovla söhbətləşdi, müəyyən fikir mübadiləsi apardılar. Sonda Qurban Qurbanov ona “11” nömrəli imzalı forma hədiyyə etdi. Fiziyev isə baş məşqçiyə imzalı əlcək verdi” - deyə, A.Hacıyev bildirib.
Qeyd edək ki, Azərbaycan idmançısının Çilidən olan İqnasio Bahamondeslə döyüşəcəyi “UFC Fight Night” turniri iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.
(Report.az)
Namiq HUN
tag: Rafael Fiziev,Qarabağ,Qonaq,MMA,Todaypress.tv,



