“Qarabağ” nigeriyalı futbolçularla gücləndi

İdman

11.09.2025 15:40

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının oyunları üçün heyətinə iki nigeriyalı futbolçu cəlb edib.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Nigeriyanın “Beyond Limit” akademiyasından iki futbolçunu heyətinə qatıb. 

“Qarabağ”ın Futbol Akademiyasının meneceri Nail Kərimov keçidləri açıqlayıb:

“Həmin klubla münasibətlərimiz var idi. Müraciət etdik və oyunçularını bizə yönləndirdilər. Onlar vinger Muyideen Olude və hücumçu Toheeb Abiodundur. Hər ikisi viza məsələsi həll edilmədiyi üçün ilk matçı buraxacaq”.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının I turunda Portuqaliya təmsilçisi “Benfika”nın qonağı olacaq. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

tag: Qarabağ,Klub,Nigeriya,Transfer,Todaypress.tv,