“Qarabağ” dünya reytinqində gerilədi

İdman

30.10.2025 11:31

Dünya klublarının reytinqi açıqlanıb.

TodayPress TV “Opta”ya istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” dünya sıralamasında ilk 100-lüyü tərk edib. 

“Köhlən atlar” 12 pilləlik geriləmə ilə 81 xalla 110-cu sıraya eniblər. 

Premyer Liqa təmsilçilərindən “Zirə”, “Sabah”, “Turan Tovuz”, “Neftçi”, “İmişli” və “Şamaxı” klubları isə irəliləyiblər. “İmişli” klubu 115 pilləlik sıçrayış edib. “Neftçi” 68, “Şamaxı” 58, “Turan Tovuz” 21, “Sabah” 5, “Zirə” isə 3 pilləlik yüksəlişə nail olub.   

“Araz-Naxçıvan”, “Sumqayıt”, “Qəbələ”, “Karvan-Yevlax” və “Kəpəz”də isə geriləmə müşahidə olunub.

Klublarımızın dünya reytinqində mövqeyi:

110 (-12).     “Qarabağ”           – 81, xal

400 (3).        “Zirə”                   – 74,9

565 (5).        “Sabah”                – 72,9

758 (21).      “Turan Tovuz”     – 70,7

762 (-13).     “Araz-Naxçıvan” – 70,7

854 (68).      “Neftçi”                 – 69,9

1228 (115).  “İmişli”                  – 67,0

1408 (-21).   “Sumqayıt”           – 65,7

1432 (58).    “Şamaxı”               – 65,5

1525 (-127). “Qəbələ”                – 65,0

2098 (-102). “Karvan-Yevlax”  – 62,4

2144 (-223). “Kəpəz”                 – 62,2

Namiq HUN

TodayPress TV

tag: Qarabağ,Dünya,Reytinq,Futbol,Todaypress.tv,