Piastri: “Norrisi buraxmaq mənim üçün problem deyildi”
İdman
12.09.2025 11:28
“McLaren” pilotu Oskar Piastri “Formula-1” üzrə İtaliya Qran-prisində komanda yoldaşı Lando Norrisə yol verməsinin səbəblərini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "RacingNews365" nəşri məlumat yayıb.
Avstraliyalı pilot bildirib ki, məqsəd yalnız cari mövsümdə deyil, uzun müddət ərzində çempionluq uğrunda rəqabət aparmaqdır:
“Uğur qazanmaq şansı təkcə bu ilə aid olmamalıdır. Gələn ildən qaydalarda ciddi dəyişikliklər olacaq. Biz də, digər komandalar da nə qədər rəqabətədavamlı olacağımızı bilmirik. Ona görə uzunmüddətli perspektivdə çempionluq uğrunda mübarizə aparmaq vacibdir.
Əgər biz bütün yarışı çox sıx mübarizə apararaq keçirsəydik, vəziyyət başqa cür ola bilərdi. Amma Lando məni bir neçə saniyə qabaqlayırdı, buna görə də heç bir narahatlıq hiss etmədim. Əsas məsələ komandamızın gələcəyini qorumaqdır”, - deyə Piastri vurğulayıb.
Namiq HUN
tag: Oskar Piastri,Formula 1,yarış,Pilot,Todaypress.tv,