Norris: “Biz dominant olmuşuq və bu həmişə müsbətdir”

İdman

12.09.2025 17:40

“McLaren” komandasının pilotu Lando Norris “Formula-1” üzrə Azərbaycan Qran-prisində qələbə şanslarını dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “GPblog” məlumat yayıb. 

Bildirilir ki, britaniyalı pilot Bakının küçə trekinin ciddi çağırışlar yaratdığını qeyd edib.  Norris əsas rəqiblərin “Ferrari” və “Red Bull Racing” komandalarının olacağını deyib:

“Ötən il bir çox pilot arasında böyük rəqabət var idi. “Ferrari” də orada çox güclü çıxış edirdi. Gözləyirik ki, onlar bu il də yaxşı yarışacaqlar. Biz dominant olmuşuq və bu həmişə müsbətdir. Lakin nəzərə almaq lazımdır ki, istənilən rəqib zirvədə ola bilər”.

25 yaşlı pilot əlavə edib ki, “McLaren” komandası Bakının küçə trekində rəqabətə davamlılıq göstərə bilmək üçün Azərbaycandakı strategiyasını rəqiblərin güclü və zəif tərəflərini təhlil edərək quracaq.

Namiq HUN

TodayPress TV

tag: Lando Norris,Formula 1,Bakı,Qran-pri,Todaypress.tv,