Olivye Jiru Fransaya qayıdır
İdman
28.06.2025 13:35
Fransa millisinin və “Los-Anceles” klubunun hücumçusu Olivye Jiru ABŞ təmsilçisindən ayrılır.
TodayPress TV xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.
Tərəflər müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv ediblər. 37 yaşlı forvard “Vankuver”ə qarşı keçiriləcək MLS oyunu ilə “Los-Anceles”dəki çıxışına yekun vuracaq. Bundan sonra forvard karyerasını Fransanın “Lill” klubunda davam etdirəcək.
“Los-Anceles” klubunun rəhbərliyi hücumçunun komandaya verdiyi töhfəni yüksək qiymətləndirib.
“Olivye komandada olduğu müddətdə özünü nümunəvi bir peşəkar kimi göstərdi. Onun təvazökarlığı və qalibiyyət ruhu ətrafındakı hər kəsi ruhlandırdı. O, meydanda və meydandan kənarda klubumuzun əsl səfiri oldu”, – deyə idarə heyətinin üzvü Con Torrinqton bildirib.
Qeyd edək ki, Olivye Jiru cari mövsüm MLS-də 18 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Olivye Jiru,Fransa,ABŞ,Klub,Todaypress.tv,