Norris: “İndi bolidə uyğunlaşmağın yolunu tapmışam”

İdman

28.10.2025 14:09

“McLaren” pilotu Lando Norris Meksika Qran-Prisindən sonra mövsümün əvvəlində özünə inamla bağlı şübhələr yaşadığını etiraf edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə Sky Sports-a bildirib:

“Deyirlər ki, mən heç vaxt özümə şübhə etməmişəm - bu, doğru deyil. Mövsümün əvvəlində, əlbəttə ki, şübhələrim var idi. Mən heç vaxt günahı bolidə atmaq istəməmişəm, amma maşın qalib gələndə, Oskar yarış qazananda, mənim deyə biləcəyim son söz – “mənim maşınım zəifdir” - ola bilməzdi. Sadəcə, mən ona uyğunlaşa bilmirdim, onu işlətməyin yolunu tapmırdım. İndi tapmışam. Hər şey sadədir. Bir uğurlu yarış heç nə demək deyil, iki, üç, dörd ardıcıl qələbə - artıq başqa söhbətdir.

Son aylar yaxşı keçdi, amma Maks hələ də çox yaxındadır. Mən əla həftəsonu keçirdim, amma Maks da son aylarda formadadır. Mən işləməyə davam etməliyəm”.

Qeyd edək ki, XX turdan sonra çempionatda lider dəyişib. Meksika Qran-prisinin qalibi olan “McLaren” pilotu Lando Norris (357 xal) şəxsi hesabda komanda yoldaşı Oskar Piastrini bir xal qabaqlayaraq birinci pilləyə yüksəlib.

Çempionatın üçüncü pilləsində qərarlaşan “Red Bull” sürücüsü Maks Ferstappen isə Norrisdən 36 xal geri qalır. 

Namiq HUN

TodayPress TV

tag: Lando Norris,Formula 1,Bolid,Yarış,Todaypress.tv,