Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər
Niderland millisinin baş məşqçi postuna əsas namizəd müəyyənləşib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” sosial şəbəkə platformasında məlumat yayıb.
Bildirilir ki, hazırda Niderlandın U-21 millisinin baş məşqçisi olan Mihael Reyziger ölkənin əsas milli komandasına rəhbərlik etmək üçün əsas namizəd hesab olunur.
53 yaşlı mütəxəssis 2023-cü ildən Niderlandın gənclər yığmasını çalışdırır. O, daha əvvəl “Ayaks” və Rotterdam “Sparta”sında məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Ronald Kuman 2026-cı il dünya çempionatında komandanın 1/16 final mərhələsində mübarizəni dayandırmasından sonra Niderland millisinin baş məşqçi postundan ayrılıb.
Namiq HUN