NBA ulduzu özünü Şöhrət Zalındakı oyunçularla müqayisə etdi
Ayzeya Tomas ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) tarixinin ən böyük oyunçusu olacağı şərti açıqlayıb.
TodayPress TV xəbər verir ki, onun sözlərini Basketball Sphere nəşri sitat gətirib.
“Əgər mənim boyum 6 fut 4 düym (193 sm) olsaydı, tarixdəki ən böyük oyunçu mən olardım. Artıq Şöhrət Zalına düşən bir çox oyunçudan daha yaxşı idim. 6 fut 3 düym (190 sm) və ya 6 fut 6 düym (198 sm) boyunda olan oyunçular mənim 5 fut 9 düym (175 sm) boyumla etdiklərimi edə bilməzdi. Bu baxımdan mən ən yaxşılar sırasındayam,” – deyə Tomas Got Stole podkastında bildirib.
Namiq HUN