NBA əfsanəsi: “Heç kim Cordanın etdiyini edə bilməzdi”
İdman
13.09.2025 17:38
Basketbol Şöhrət Zalının üzvü, “Los-Anceles Leykers”lə beşqat ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) çempionu Mecik Conson əfsanəvi Maykl Cordan haqqında fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Earn Your Leisure kanalı məlumat yayıb.
“Maykl - basketbol tarixində oynayanların ən böyüyüdür. Məni səhv anlamayın, Lebronu sevirəm, amma yox… Mən oğlanımı sevirəm, ona böyük hörmətim var. Amma Maykl Cordan dilini çıxarıb hücuma keçəndə… Baxın, çoxunuz onda hələ doğulmamışdınız. Bu, 1991-ci ildə, mənim “Leykers”imlə oyunda idi.
Biz hər şeyi edirdik ki, onun sağ əlini bağlayaq. Elə bilirdik ki, artıq oyunu udmuşuq. Amma o… top aşağı düşən kimi dərhal sol əlini işə salırdı, səbətə doğru dönəndə isə iş bitirdi. Heç kim - heç bir canlı bunu edə bilməzdi. O oğlan həddindən artıq güclü idi, bunu indi də açıq deyirəm”, - deyə Conson bildirib.
Namiq HUN
tag: mecik Conson,Maykl Cordan,Əfsanə,Tərif,Todaypress.tv,