Millinin oyunu avstriyalı hakimlər briqadası idarə edəcək

Millinin oyunu avstriyalı hakimlər briqadası idarə edəcək
11.10.2025 13:49 İdman

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda yer alan Azərbaycan yığma komandasının Ukrayna ilə səfər oyununu avstriyalı hakimlər briqadası idarə edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Krakov qarşılaşmasının baş hakimi Sebastyan Qisxamer olacaq. Ona bu işdə laysmanlar - Roland Riedel və Santino Şraynerd kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. 

Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər