"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxartdı
İdman
04.07.2025 02:00
"Liverpul" futbol klubu Dioqo Jotanın xatirəsini əbədiləşdirmək məqsədilə 20 nömrəli formanı dövriyyədən çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə mersisaydlıların saytında yer alan məlumatda deyilir.
Qeyd edəki ki, yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən portuqaliyalı futbolçu "Liverpul"da 20 nömrəli formanı geyinirdi.
“20 nömrə “Liverpul”un 2024/2025 mövsümündə qazandığı 20-ci çempionluğa verdiyi töhfəyə görə əbədiləşdiriləcək. Apreldə keçirilən Mersisayd derbisində “Kop” tribunası qarşısında etdiyi tipik fənd və zərbə ilə qələbə qazandıran qol onun həyatının da son qolu oldu”, - bəyanatda qeyd edilib.
Xatırladaq ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Diogo Jota və 26 yaşlı qardaşı Andre dünyasını dəyişib.
tag: Liverpul,Dioqo Jota, Qəza,Forma,todaypress.tv,