Leroy Sane: “Atmosfer məni heyran etdi”
İdman
12.06.2025 09:10
“Bavariya” klubunun ulduz futbolçusu Leroy Sane “Qalatasaray”a keçidi ilə bağlı danışıqları yekunlaşdırmaq üçün İstanbula gəlib.
TodayPress TV xəbər verir ki, yarımmüdafiəçi klub televiziyasına ilk açıqlamasını verib.
“Stadiondakı atmosfer məni dərin təsirləndirdi. Orada çox səs-küylü və ehtiraslı bir mühit var idi. Bu da qərarıma ciddi təsir göstərdi. “Qalatasaray” azarkeşləri qarşısında ilk oyunumu səbirsizliklə gözləyirəm,” - deyə Sane bildirib.
Futbolçu əlavə edib ki, çoxlu təkliflər olsa da, “Qalatasaray” ən güclü təəssürat yaradıb:
“Klubun böyüklüyü, mənə olan maraqları və məni qazanmaq istəkləri qərar verməyimə təsir etdi. Bu səbəbdən əminliklə buranı seçdim. Prezidentimiz Dursun Özbəkə, baş məşqçimiz Okan Buruka və klubun baş direktoru Abdullah Kavukcuya təşəkkür edirəm.”
Qeyd edək ki, Leroy Sane-nin “Qalatasaray”la 2028-ci ilin yayına qədər müqavilə imzalayacağı gözlənilir. O, ABŞ-də keçiriləcək klublararası dünya çempionatından əvvəl “Bavariya”dan ayrılacaq. Onun Münhen təmsilçisi ilə hazırkı müqaviləsi iyun ayında başa çatır.
Namiq HUN
tag: Futbolçu,Bavariya,Leroy Sane,Qalatasaray,todaypress.tv,