Zlatan İbrahimoviç “İnter Mayami”ni tənqid etdi
İdman
30.06.2025 10:58
“Milan” klubunun müşaviri və keçmiş ulduz hücumçu Zlatan İbrahimoviç “İnter Mayami”nin klublararası dünya çempionatının 1/8 final mərhələsində “PSJ”yə 0:4 hesabı ilə məğlubiyyətindən sonra sərt açıqlama verib.
TodayPress TV xəbər verir ki, o, “Footmercato”ya Lionel Messi və onun ətrafındakı komanda ilə bağlı açıqlama verib.
“Leo Messi uduzmadı, ‘İnter Mayami’ uduzdu! Messi heykəllərlə oynayır, komanda yoldaşları deyil. Onun ətrafında elə futbolçular var ki, sanki kürəklərində sement kisəsi daşıyırlar!
Əgər o, əsl komandada, istənilən böyük klubda oynasaydı, siz meydanda aslanı görərdiniz. Messi yalnız futbolu sevdiyi üçün oynayır, çünki o, hələ də 99% oyunçunun edə bilmədiklərini bacarır!
Bu, mənim tanıdığım Messi deyil. Onu əsl komandaya yerləşdirsəniz, stadionu alovlandırmağa davam edəcək”, - deyə İbrahimoviç bildirib.
Namiq HUN
tag: Zlatan İbrahimoviç,Milan,Tənqid,İnter Mayami,Todaypress.tv,