Kirsti Koventri BOK prezidenti oldu

Kirsti Koventri BOK prezidenti oldu
23.06.2025 14:24 İdman

Kirsti Koventri rəsmi olaraq Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti vəzifəsində işə başladı.

TodayPress TV xəbər verir ki, o, 20 mart 2025-ci il tarixində keçirilən  səsvermənin ilk turunda Sebastyan Kou və Xuan Antonio Samaranç kiçik kimi nüfuzlu namizədləri qabaqlayaraq mütləq səs çoxluğu ilə prezident seçilib.

Qeyd edək ki, 2013-cü ildən bu vəzifəni icra edən almaniyalı Tomas Bax yeni müddətə namizədliyini irəli sürməyib.

Xatırladaq ki, Kirsti Koventri - Zimbabvedən olan məşhur üzgüçüdür. O, ikiqat Olimpiya çempionu və çoxqat dünya çempionu, həmçinin dünya rekordçusudur. Kirsti, Zimbabve idman tarixində ən titullu idmançı hesab olunur.

Namiq HUN

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər