İranın iki tanınmış idmançısı həlak oldu

İranın iki tanınmış idmançısı həlak oldu
14.06.2025 13:14 İdman

İsrailin İrana endirdiyi raket zərbələri nəticəsində ölkənin iki tanınmış idmançısı həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə “Tehran Times” məlumat yayıb.

Padel üzrə İran yığmasının üzvü Parsa Mənsur məşqdən qayıdarkən ölümcül yaralanıb. O, hadisədən qısa müddət keçdikdən sonra ölüb.

Məlumatda həmçinin velosipedçi Nəcmə Şəmsin həlak olduğu bildirilir.

Qeyd edək ki, iyunun 13-nə keçən gecədən İsrail və İran bir-birinə zərbələr endirir. Ölkələr  “Yüksələn aslan” və “Əsl vəd 3” hərbi əməliyyatlarına başlayıblar.

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər