Fransalı biatlonçunun qalmaqalı böyüyür
İdman
28.10.2025 12:37
Olimpiya mükafatçısı və 10 qat dünya çempionu Juliya Simon yığmadakı daha dörd komanda yoldaşının pullarını və şəxsi əşyalarını oğurlamaqda şübhəli bilinir.
TodayPress TV L’Équipe nəşrinə istinadən xəbər verir ki, bu, onun bank kartları ilə dələduzluğa görə şərti cəza almasından sonra üzə çıxıb.
Albertvil məhkəməsində prokuror bildirib ki, Fransa biatlon yığmasının bir neçə üzvü Simonun hərəkətlərindən şübhələndiklərini açıqlayıb.
Bacılar Anais və Kloe Şevalye 50 avroluq əskinas və şəxsi əşyalarının itkin düşdüyünü bildiriblər. Karolin Kolombo da müəyyən məbləğdə nağd pulunun yoxa çıxdığını, Lü Janmonno isə eyni otaqda qalarkən şəxsi əşyalarının itməsindən danışıb. Heç biri bu barədə polisə müraciət etməyib.
Xatırladaq ki, Juliya Simon daha əvvəl fransalı biatlonçular Jüstin Breza-Buşe və yığmanın başqa bir üzvünün bank kartları ilə oğurluq və dələduzluğa görə üç ay şərti həbs və 15 min avro məbləğində cərimə cəzası alıb.
Namiq HUN
tag: Juliya Simon,Fransa,Qalmaqal,Artım,Todaypress.tv,
