"Fənərbağça"dan ayrılan futbolçu Meksika klubuna keçdi

"Fənərbağça"dan ayrılan futbolçu Meksika klubuna keçdi
09.08.2025 21:15 İdman

Ötən mövsüm icarə əsasında "Fənərbağça"da çıxış etmiş Allan Sen-Maksimenin yeni klubu müəyyənləşib.

TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, fransalı vinger karyerasını Meksikada davam etdirəcək. Sen-Maksimen "Amerika" klubu ilə anlaşıb. 28 yaşlı futbolçu artıq Meksikadadır.

"Amerika" təcrübəli oyunçu üçün onun müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli"yə 12 milyon dollar təzminat ödəyəcək.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər