Elis Manolova karyerasını başa vurdu
İdman
28.06.2025 13:41
Qadın güləşi üzrə milli komandanın üzvü Elis Manolova idmançı karyerasını başa vurub.
TodayPress TV xəbər verir ki, güləşçi bununla bağlı açıqlama verib:
“Geriyə dönüb baxanda o qədər yarışlar və medallar olub ki, duyğulanmamaq mümkünsüzdür. Əlbəttə, daha bir olimpiya tsiklində güləşmək istərdim. Ancaq zədələrim güləşməyə imkan vermir. İndiyədək topladığım təcrübəni bundan sonra məşqçi kimi gənclərə ötürmək istəyirəm. Azərbaycan adına güləşdiyim üçün çox xoşbəxtəm. Mən Azərbaycanı ikinci evim sayıram. Bu ölkədə çox gözəl xatirələrim var. Hər kəs üçün darıxacağam. Bakıya yenə gələcəyəm. Azərbaycan Güləş Federasiyasına minnətdaram. Nə yaxşı ki, məni öz sıralarınıza qəbul etdiniz. Mən də sizin bir parçanız idim. Azərbaycan bayrağını yüksəltmək hər zaman böyük qürur idi. Bundan sonra bütün azərbaycanlı güləşçiləri dəstəkləyəcəyəm”.
Qeyd edək ki, Elis Manolova 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, iki il sonra Avropa çempionu və dünya üçüncüsü ünvanına sahib çıxıb. Manolova böyüklər arasında qitə çempionatlarında 5 (1 qızıl, 3 gümüş, 1 bürünc) medal qazanıb.
Namiq HUN
tag: Güləş,Qadın,Elis Manolova,Karyera,Todaypress.tv,