Corc Rassell: “Əsas məqsəd təmiz sessiyalar keçirməkdir”
“Mercedes” komandasının pilotu Corc Rassell “Formula 1” Azərbaycan Qran Prisində sürətli olacaqlarına ümid edir.
TodayPress TV xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib.
O, Bakıdakı mərhələdə mümkün qədər çox dövrə vurmaq istədidiyini söyləyib:
“Montsada sürətimiz yaxşı idi. Ümid edirəm ki, Bakı mərhələsində də sürətli olacağıq. Buna sıralama turunda və əsas yarışda nail olmalıyıq ".
Qeyd edək ki, Azərbaycan Qran Prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.
Namiq HUN