Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi

Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi
31.07.2026 10:35 İdman

Kabo-Verde millisinin qapıçısı Vozinyanın Çilinin “Kolo-Kolo” klubuna transferi sənədləşmə prosesində yaranan gecikməyə görə təxirə salınıb.

TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, təcrübəli qapıçı Çiliyə yollanmalı olsa da, o, planlaşdırılan reysə minməyib və bu, transferin baş tutmayacağı ilə bağlı iddialara səbəb olub.

Futbolçunun nümayəndələri isə danışıqlarda hər hansı problem olmadığını bildirərək, transfer razılaşmasının qüvvədə qaldığını vurğulayıblar.

Onların sözlərinə görə, gecikmə yalnız sənədləşmə prosedurları ilə bağlıdır. Kabo-Verdedə Çilinin konsulluğu olmadığı üçün sənədlər Portuqaliya vasitəsilə rəsmiləşdirilir. Vozinya Portuqaliya vətəndaşı olmadığından proses gözləniləndən daha uzun çəkir.

Bildirilib ki, sənəd məsələsinin yaxın günlərdə həll olunacağı və qapıçının bundan sonra Çiliyə yollanacağı gözlənilir. Futbolçunun həftəsonu uçacağı ehtimal edilir.

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər