“Bavariya” Sanenin “Qalatasaray”a keçidi ilə bağlı açıqlama verdi
İdman
13.06.2025 09:00
“Bavariya” klubu rəsmi saytı vasitəsilə cinah hücumçusu Leroy Sanenin 30 iyun tarixində müqaviləsinin başa çatmasından sonra “Qalatasaray”a keçəcəyini elan edib.
TodayPress TV xəbər verir ki, 29 yaşlı futbolçu Münhen təmsilçisinin heyətində 15 iyunda start götürəcək klublararası dünya çempionatında iştirak edəcək.
Klubun idman direktoru Maks Eberl bu keçidə münasibət bildirib:
“Əgər futbolçu başqa təklif alır və onu qəbul edirsə, bu tamamilə normal və qanunidir. Heç bir inciklikdən söhbət gedə bilməz. Sanenin klublararası dünya çempionatının qrup mərhələsi və potensial olaraq 1/8 finalda komandamızla olacağı ortaq qərarla təsdiqlənib”.
Qeyd edək ki, Leroy Sane 2020-ci ilin yayından etibarən “Bavariya” klubunun formasını geyinir.
Namiq HUN
tag: “Bavariya”,Qalatasaray,Leroy Sane,İdman,todaypress.tv,