Bədavi Hüseynov vida edəcəyini bildirdi

İdman

01.11.2025 11:15

“Qarabağ” klubunun müdafiəçisi Bədavi Hüseynovun karyerasını bitirmək qərarına gəlib.

TodayPress TV futbolinfo.az-a istinadən xəbər verir ki, “Qarabağ”ın kapitanı mövsüm bitən kimi yaşıl meydanlarla sağollaşacağı bildirilir.

Hüseynov cari mövsüm əsasən ehtiyatda qalır. Rəqabətdə həmkarlarına uduzan Hüseynov özü də vəziyyətin fərqindədir. Bu səbəbdən o, rəhbərliyə vida edəcəyini bildirib.

Bildirilir ki, Bədavi Hüseynov karyerasını bitirən kimi məşqçiliyə başlayacaq. Onun “Qarabağ”ın əvəzedici komandasına rəhbərlik edən Maksim Medvedevin köməkçisi olacağı gözlənilir.

Qeyd edək ki, 34 yaşlı milliləşdirilən futbolçu 13 ildir “Qarabağ”da çıxış edir. 2011-ci ildə “Anji”nin əvəzedici komandasından “Sumqayıt”a gələn Bədavi növbəti mövsümdən Ağdam təmsilçisinin formasını geyinib.

Namiq HUN

TodayPress TV

tag: Bədavi Hüseynov,Qarabağ,Klub,Vida,Todaypress.tv,