Van Deyk inamını itirmir

İdman

01.11.2025 15:30

“Liverpul” klubunun kapitanı Vircill van Deyk komandanın son oyunlardakı uğursuz çıxışını və nəticələrdəki geriləməni şərh edib. 

TodayPress TV xəbər verir ki, o, Premyer Liqanın X turunda “Aston Villa” ilə qarşılaşmadan əvvəl klubun rəsmi saytına danışıb.

“Dəfələrlə demişəm ki, həm yaxşı, həm də çətin vaxtlarda birliyin rolu böyükdür. Son günlərdə nələrin baş verdiyini izah etməyə ehtiyac yoxdur — nəticələrimiz və oyunumuz yetərincə yaxşı olmayıb. İndi isə özümüzü daha yaxşı tərəfdən göstərməli və bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Hamı başa düşür ki, ciddi problemlə üzləşmişik və hər kəs vəziyyəti dəyişmək üçün var gücü ilə çalışır. Heç kim baş verənlərdən məmnun deyil, amma mən bu komandanın keyfiyyətinə və xarakterinə tam inanıram. Futbolçularımızın gündəlik işini və potensialını görürəm,” — deyə van Deyk bildirib.

“Liverpul”un məğlubiyyət seriyası cari mövsüm Premyer Liqanın 6-cı turunda başlayıb. Arne Slotun komandası ardıcıl olaraq “Kristal Pelas” (1:2), “Çelsi” (1:2), “Mançester Yunayted” (1:2) və “Brentford”a (2:3) uduzub.

Namiq HUN

TodayPress TV

tag: Vircill van Deyk,Liverpul,Klub,İnam,Todaypress.tv,