“Barselona” ötən mövsüm üçün gəlirlərini açıqladı

“Barselona” ötən mövsüm üçün gəlirlərini açıqladı
07.10.2025 21:10 İdman

Kataloniyanın “Barselona” klubu ötən mövsüm üzrə maliyyə hesabatını açıqlayıb. 

TodayPress TV xəbər verir ki, klubun yaydığı açıqlamada qeyd olunur ki, ümumi əməliyyat gəlirləri 994 milyon avro, xalis əməliyyat mənfəəti isə 2 milyon avro olub.

Məlumata görə, “Nike” şirkəti ilə sponsorluq müqaviləsindən “Barselona” 259 milyon avro gəlir əldə edir.

Qeyd edək ki, “Barselona” hazırda İspaniya çempionudur. Kataloniya təmsilçisi ötən mövsüm UEFA Çempionlar Liqasının yarımfinalında “İnter”ə məğlub olub.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər