“Barsa”nın arzuolunmaz “kvarteti”
İdman
14.06.2025 15:23
“Barselona” dörd futbolçunu heyət planlarından kənarlaşdırıb.
TodayPress TV “Sport.es” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yeni mövsüm üçün heyətində görmədiyi dörd futbolçunun adını müəyyənləşdirib.
Məlumata görə, klubun planlarında yer almayan futbolçular bunlardır: qapıçı İnyaki Penya, yarımmüdafiəçi Pablo Torre, hücumçular Pau Viktor və Ansu Fati. Hər dörd futbolçu artıq “Barselona”nın onlarla bağlı mövqeyi barədə məlumatlandırılıb.
Qeyd edilir ki, İnyaki Penya karyerasını İspaniyada davam etdirmək istəyir. Ansu Fatinin “Monako” klubuna keçəcəyi gözlənilir. Pablo Torrenin gələcəyi hələ müəyyənləşməyib. “Barselona” onun satışını, sonradan geri alma şərti ilə reallaşdırmaq niyyətindədir. Pau Viktora isə bir zaman formasını geyindiyi “Jirona” maraq göstərir.
Namiq HUN
tag: Barselona,Klub,Futbol,Oyun,Todaypress.tv,