Pep Qvardiola: “Klublararası dünya çempionatı bizi məhv edəcək”
İdman
30.06.2025 11:35
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klublararası dünya çempionatında komandasının 1/8 final mərhələsinə vəsiqə qazanmasını dəyərləndirməklə yanaşı, futbolçuların sıx oyun təqvimi ilə bağlı ciddi narahatlığını ifadə edib.
TodayPress TV xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
“Təqvim haqda düşünməməyə çalışıram, əks halda çox narahat olaram. 1/8 finala çıxmağımıza sevinirik, amma ən vacib olan budur ki, oyunçular özlərinə “bunu bir daha edə bilərik” deyə bilirlər. Topla və topsuz oyunda aqressiv bir komanda ola bilərik.
Amma aybaay, matçdan matça… noyabr, dekabr, yanvar gələndə bu, tam bir fəlakət olacaq. Biz tamamilə tükənəcəyik. Klublararası dünya çempionatı bizi məhv edəcək. Belə bir şey həyatımızda ilk dəfədir baş verir. Bu, heç də ideal vəziyyət deyil. Yeni mövsümə hazırlaşmaq üçün iki ayım olsun istəyərdimmi? Bəli. Təzə və hazırlıqlı olmaq istəyərdimmi? Bəli. Amma vəziyyət belədir. Burada olmağı haqq etdik və indi əlimizdən gələnin ən yaxşısını etməliyik”, - deyə Qvardiola bildirib.
Namiq HUN
tag: Qvardiola,Mançester Siti ,Klublararası,DÇ,Oyun,Futbol,Todaypress.tv,