Bakı çempionatına yekun vuruldu

İdman

01.07.2025 10:15

Bilyardın “Pool Nine Ball” növü üzrə Bakı çempionatına yekun vurulub.

TodayPress TV xəbər verir ki, 3 gün davam edən yarışda kişi və qadınlar arasında ən güclülər bəlli olub. 

Kişilərin mübarizəsində Murad Fəttayev qızıl medala yiyələnib. Elnur Nuriyev ikinci, Ruslan Əmiraslanovla Orxan Rzayev üçüncü yeri tutublar. 

Qadınların yarışında ən güclü Mina Nəsirova olub. Zəhra Abbasova gümüş, Valeriya Konkina və Zəminə Yolçuzadə bürünc mükafata yiyələniblər.

tag: Bilyard,Bakı,Çempionat,Yekun,Todaypress.tv,

photo
photo
photo
photo