Azərbaycanlı futbolçu klubunu dəyişdi
Azərbaycan yığma komandasının müdafiəçisi Ayşən Əhmədova Türkiyənin “Amedspor” klubuna keçib.
TodayPress TV xəbər verir ki, bu barədə Diyarbəkir təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu 2025/2026-cı illər mövsümündə “Amedspor”da çıxış edəcək.
Qeyd edək ki, Ayşən Əhmədova daha əvvəl Türkiyənin “Ünye Gücü” klubunun formasını geyinirdi.
Namiq HUN