Azərbaycan Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək

Azərbaycan Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək
16.06.2025 21:10 İdman
Azərbaycan 2027-ci ildə ilk dəfə Xizək Alpinizmi üzrə dünya çempionatına ev sahibliyi edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyasının (AQİNF) mətbaut xidməti məlumat yayıb.

AQİNF tərəfindən xizək alpinizmi üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciətə əsasən yarışın "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib. Yarış beynəlxalq federasiyanın təqviminə salınıb.

Dünya çempionatının 2027-ci il fevralın 28-dən martın 7-nə qədər "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər