Azərbaycan Türk Dövlətləri Universiadasının qalibi oldu

İdman

12.09.2025 15:30

Qırğızıstanda keçirilən III Türk Dövlətləri Universiadasında Azərbaycan ümumi hesabda birinci yeri tutub. 

TodayPress TV xəbər verir ki, Çolpon-Ata  turnirində 5 idman növündə təmsil olunan Azərbaycan atletləri fərdi yarışlarda 9 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıblar.

Ölkəmiz multi-idman turnirinin komanda nəticələrinə görə yunan-Roma güləşində birinci yeri tutub. İdmanın sərbəst güləş, stolüstü tennis və futzal növlərində komandamız ikinci nəticə ilə kifayətlənib. Cüdo və şahmat turnirində isə ilk üçlüyü təşkil edib. 

Azərbaycan medal sayı və komanda nəticələrinin ümumi göstəricisinə əsasən birinci yeri tutaraq Universiadanın qalibi olub.

Qırğızıstan komandası 8 qızıl, 12 gümüş və 8 bürünc medalla III Türk Dövlətləri Universiadasında ikinci yeri tutub. İlk üçlüyü 8 qızıl, 4 gümüş və 11 bürünc medalla Qazaxıstan komandası təşkil edib. 

Namiq HUN

TodayPress TV

tag: Azərbaycan,Türk,Universiada,Qalib,Todaypress.tv,