ABŞ atleti 2,5 il müddətinə diskvalifikasiya edildi

İdman

10.09.2025 13:23

ABŞ-nin nüfuzlu nüvə itələmə üzrə atleti, Tokio-2020 Olimpiadasının gümüş mükafatçısı Reyven Sonders dopinq qaydalarını pozduğuna görə 2,5 il müddətinə yarışlardan kənarlaşdırılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə USADA-nın (ABŞ Antidopinq Agentliyi) saytında məlumat verilib.

2024-cü ildə Sonders üç dəfə dopinq testindən yayınaraq öz yerləşdiyi məkan barədə düzgün məlumat təqdim etməyib. İdmançının həmin vaxtdan sonra qazandığı bütün mükafatlar ləğv edilib. Reyven, 2022–2024-cü illərdə də eyni qaydanı pozduğu üçün 1,5 illik diskvalifikasiya cəzası almışdı.

Təkrar qayda pozuntusuna görə bu dəfə cəza müddəti artırılaraq 2,5 ilə çatdırılıb. Amerikalı atletin diskvalifikasiyası 26 iyun 2027-ci ildə başa çatacaq.

Namiq HUN

TodayPress TV

tag: ABŞ,Atlet,Dopinq,Cəza,Todaypress.tv,