"Bavariya" Ceksondan imtina etdi

İdman

01.09.2025 10:21

"Çelsi"nin hücumçusu Nikolya Cekson London klubunda qalacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında məlumat verib.

“Cekson "Bavariya"ya keçməyəcək – transfer 100 faiz ləğv olunub. Qərar cəmi bir neçə dəqiqə əvvəl qəbul edilib. "Bavariya" rəsmi şəkildə danışıqlardan çəkildi. Cekson və onun agenti Əli Barat artıq İngiltərəyə qayıdırlar”, - deyə jurnalist qeyd edib.

Xatırladaq ki, Ceksonun transferi ilə bağlı çətinliklər “Çelsi”nin oyunçunun “Bavariya”ya icarəsini son anda ləğv etməyə çalışmasından sonra yaranmışdı. Buna səbəb London klubunun hücumçusu Liam Delapin zədələnməsi olub. Əvvəlcədən planlaşdırılırdı ki, “Bavariya” futbolçunu icarəyə götürdükdən sonra tam transfer hüququnu da əldə etsin.

Töhfə Səməd 

tag: Çelsi,Nikolya Cekson,Florian Plettenberq ,Bavariya,