Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi

Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi
31.07.2026 11:24 İdman

Azərbaycan futbolu tarixində klublarımız avrokuboklarda ilk iki mərhələ üzrə ən yüksək UEFA reytinq göstəricisinə imza atıblar. 

TodayPress TV Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, klublarımız ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 əmsal qazandırıb.

İndiyədək ilk iki raundda ən yaxşı nəticə 2017/2018-ci illər mövsümündə qeydə alınıb. Həmin vaxt göstərici 2,250 əmsala bərabər olub.

Cari mövsümdə Azərbaycan üçün “Sabah” 1,000, “Qarabağ” 0,750, “Zirə” 0,625, “Neftçi” isə 0,250 əmsal əldə edib.

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər