Avropada cinayətkar qrup ifşa olundu
İdman
31.10.2025 10:04
İspaniya Milli Polisi danışılmış tennis matçları təşkili edən cinayətkar qrupun fəaliyyətinə son qoymaq məqsədilə beynəlxalq əməliyyat keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniya hüquq-mühafizə orqanları məlumat yayıb.
Bildirilir ki, əməliyyat Avropa Ədliyyə Orqanlarının Əməkdaşlıq Agentliyinin koordinasiyası ilə və Bolqarıstan, Rumıniya, Fransa hakimiyyət orqanlarının iştirakı ilə həyata keçirilib. Əməliyyat nəticəsində 16 nəfər saxlanılıb. Şübhəlilər 2018-2024-cü illər arasında matçların nəticələrinə təsir edərək, öz müştərilərinə qazanc təmin ediblər. Dələduzlar tennisçilərə seti və ya matçı qəsdən uduzmaq üçün pul ödəyiblər.
Qeyd edək ki, danışılmış oyunlardan əldə edilən gəlirin həcmi 800 min avronu üstələyib.
Namiq HUN
tag: İspaniya,Tennis,Qrup,İfşa,Todaypress.tv,
 
        
 
                                ![[[Qadın futbolçularımız]] yoxlama oyununda qələbə qazandılar](/uploads/news/68fbab4cd7481.webp) 
                                            ![Millimiz [[dünya reytinqində]] irəlilədi](/uploads/news/68e7932b9a4c7.webp) 
                                            ![İş adamı [[La Liqaya]] təklif ünvanladı](/uploads/news/68ff53ba2845e.webp) 
                                            ![Üç dəfə [[ölümcül xəstəliyə qalib gələn]] müdafiəçi NHL düşərgəsində](/uploads/news/68c51aeb500b9.webp) 
                                            ![“Bavariya” [[rekordunu]] yenilədi](/uploads/news/68a2b8a94b497.webp) 
                                            ![“Kristal Pelas”ın [[yetirməsi]] Azərbaycanda](/uploads/news/68629a9460e29.webp) 
                                            ![Olimpiadanın bürünc medalçısını [[ildırım vurdu]]](/uploads/news/6877feb7e4dc0.webp) 
                                            ![[[Ferstappen:]] “F-1 çempionu olmaq şansım real görünmür”](/uploads/news/685e8a0e6a287.webp) 
                                            ![BOK-un tibbi eksperti Bakıda [[elmi-praktik]] təlim keçdi](/uploads/news/686f8a72bc9a8.webp) 
                                            ![“Formula1” komandaları üçün [[yeni büdcə limiti]] təsdiqləndi](/uploads/news/68d528689c16d.webp) 
                                            