“Atletik” Niko Uilyamsı itirdi
İspaniyanın “Atletik Bilbao” klubunun futbolçusu Niko Uilyams "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda iştirak etməyə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniya millisinin vingerinin Bolqarıstan (3:0) və Türkiyə (6:0) komandalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunlarından sonra əzələsində problem aşkarlanıb.
Niko Uilyams 6 həftə yaşıl meydanlardan kənarda qala bilər.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində oktyabrın 22-də “Atletik”in qonağı olacaq.
Namiq HUN