Arda Turan baş məşqçisi olduğu klubdan ayrıldı

Arda Turan baş məşqçisi olduğu klubdan ayrıldı
24.05.2025 22:00 İdman

Türkiyə təmsilçisi "Eyüpspor"un baş məşqçisi Arda Turan klubdan ayrılıb.

TodayPress TV xəbər verir ki, bu barədə mütəxəssis Superliqanın XXXVII turunda "Antalyaspor"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

"Bu, mənim "Eyüpspor"dakı sonuncu oyunum idi. Komandanın baş məşqçi postundan ayrılıram. 3-4 seçim şansım var, qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək" deyə A.Turan söyləyib.

Qeyd edək ki, Arda Turan 2023-cü ildən "Eyüpspor"u çalışdırırdı.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər